Şənbə , 14 Mart 2026
Drone Cameras

Əfqanıstanda partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində bomba partlayışı nəticəsində bir nəfər həlak olub.

Bu barədə Boyukmilet.com “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nanqarhar əyaləti qubernatorunun administrasiyasının nümayəndəsi Ataullah Xoqiani bildirib ki, partlayıcı qurğu Cəlilabad şəhərində yolda qoyulub.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Kabildə də minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Check Also

İran Hindistana gedən iki tankerin Hörmüz boğazından keçməsinə icazə verib

Yaxın Şərqdəki eskalasiya fonunda Hindistana yollanan maye qaz daşıyan tanker Hörmüz boğazını keçib. Boyukmkllet.com xəbər verir …