Cümə , 30 Yanvar 2026
Drone Cameras

Yəməndə husilərin atəşi nəticəsində bir neçə qadın həlak olub, yaralılar var

Yəməndə üsyançı “Ansar Allah” (husi-red) hərəkatı silahlılarının açdığı atəş nəticəsində azı beş nəfər həlak olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

Məlumata görə, hadisə Hodeyda şəhəri ətrafında baş verib. Hücum nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

“Hodeydadan cənubda husilərin açdığı atəş nəticəsində beş qadın həlak olub, daha yeddi nəfər yaralanıb. Yaralılar arasında üç uşaq da var”, – xəbərdə deyilir.

Telekanal hadisənin digər təfərrüatlarını açıqlamayıb.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …