İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.
Bu barədə Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir.
“Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir”, – deyə İran rəsmisi bilirib.
O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.
Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq.