Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 334 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, bu günə qədər isə ümumilikdə 214 194 test icra olunub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …