Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qarabağdakı silahlı ermənilərin əsas hədəfi budur – Borisov

Qarabağda qalan qanunsuz erməni silahlı qrupların fəaliyyətində ən çox ehtimal olunan ssenarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlar törətmək ola bilər.

Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı təhlilçi Mixail Borisov “Vestnik Kavkaza”dakı məqaləsində yazıb.

Onun sözlərinə görə, uzun müddətdən bəri gözlənilən Dağlıq Qarabağın işğaldan azad edilməsinə əlavə olaraq bölgəyə yeni infrastruktur layihələri üçün imkanlar açılıb. “Bakı Naxçıvana nəqliyyat dəhlizi salmaq niyyətindədir, lakin İrəvan üçtərəfli müqavilənin Azərbaycan anklavının nəqliyyat blokadasından çıxmasını nəzərdə tutan bəndləri barədə praktik olaraq heç nə demir. Skeptiklər isə hələ keçən ilin noyabrında qeyd edirlər ki, Ermənistan rəhbərliyinin respublika ərazisində hər hansı tikintiyə icazə vermək istəməməsi səbəbindən həmin bəndlərin yerinə yetirilməməsi riski var”, – deyə o qeyd edib.

Müəllif ardınca yazır: “Dekabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Türkiyə arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat dəhlizinin yaradılmasına başlandığını elan etdi. Lakin “meşə qardaşları”nın gizli potensialından istifadə edən Ermənistandakı və “dqr”dəki radikal qüvvələr razılaşmanın müəyyən bəndlərini asanlıqla poza bilərlər. Ən azından davam edən mübarizə görüntüsünü saxlamaq üçün separatçıların partizanlara (oxu: terrorçulara – red.) ehtiyacı var. 2021-ci ildə Ermənistanın və Qarabağın “dirçəlişi” ilə bağlı çoxmənalı sözlər çətin ki, respublikanın daxilində və xaricində minlərlə ailəni ruhlandırsın. Ermənistan rəhbərliyi özü üçün xarici siyasətin iki əsas istiqamətini müəyyənləşdirib: Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və diaspora münasibətdə yeni yanaşmaların hazırlanması”.

Lakin siyasi şərhçi hər iki istiqamətdə İrəvanın uğur əldə edəcəyini real saymır. “Erməni diplomatları konkret nə edəcəklər, bəlli deyil. Status məsələsi artıq aktual deyil – Qarabağ Azərbaycandır. İkinci istiqamətə gəldikdə isə bu, erməni ordusuna və ölkənin siyasi isteblişmentinə inamını itirmiş xaricdəki erməniliklə ölkədəki erməni elitaları arasındakı münasibətlərdəki problemlərdən xəbər verir. Sosial şəbəkələrin istifadəçiləri müharibədən sonra Ermənistana diaspor hesabına gətirilən humanitar yardımların müxtəlif internet resursları vasitəsilə əmtəə kimi satışa çıxarılmasını dəfələrlə üzə çıxarıblar”, – müəllif sonda bildirir.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …