Nyu-Yorkda bir neçə aviadispetçer naməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmaq və İran generalı Qasım Suleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər.
Boyukmillet.com-un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib.
“Çərşənbə günü biz təyyarədə Kapitoliyə uçacağıq. Suleymaninin qisas alınacaq”, – telekanal bazar ertəsi Nyu-Yorkun aviadispetçerlərinin eşitdiklərindən sitat gətirib.
Bu xəbərdarlıqların kimlər tərəfindən göndərildiyi hələ müəyyənləşdirilməyib.
Telekanalın məlumatına görə, bununla belə, hakimiyyət hücum təhlükəsinin baş verəcəyini ehtimal etmir. Onlar aviasiya tezliklərini araşdırırlar.