Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər.

Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə qanunu təsdiqləyib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …