“Yanvarın 13-də İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəyik. Həmçinin gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”, – o deyib.