Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O, qeyd edib ki, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev borclunun özünün tapa bilmədiyindən şəxsin zamini Lalə Bunyatova Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs olunması haqqında qərar qəbul edib:
“Borclunun “Atabank”a 8701 manat borcu olub. Orada göstərilir ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.
Əkrəm Həsənov bildirib ki, həbs edilən Lalə Bünyatova əslində “Azərbaycan Dəmir Yolları” QSC-də işləyir: “Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Qadın borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib”.
Əkrəm Həsənov Lalə Bünyatovanın vəkili olaraq qərar üzrə apellyasiya şikayəti verəcəyini vurğulayıb.
Krediti götürənə zamin duran qadın həbs olundu
“AtaBank” kredit götürən şəxsə zamin duran qadını həbs etdirib.