Bazar , 15 Noyabr 2026
Drone Cameras

Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər

Əfqanıstanın paytaxtı Kabildə iki hakim qadın öldürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “1TV News” telekanalı bildirib.

Məlumata görə, hadisə Taymani ərazisində olub. Motosikldə olan silahlılar qadın hakimləri güllələyiblər.

Qeyd edilir ki, silahlılar hakimlərin olduğu avtomobilə atəş açıblar. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …