Cümə , 22 Noyabr 2024
Drone Cameras

İlham Əliyev: “Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır”

“Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi,” – Azərbaycan Prezidenti vurğulayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …