Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.
Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, General-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat yoxdur.
Qeyd edək ki, S.Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.(Report)