Cümə , 27 Fevral 2026
Drone Cameras

Tramp: “Twitter” hesabım olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdim”

ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. 

Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, “Fox Business Network”a müsahibəsində deyib.

Tramp “Twitter” hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. “Twitter”də yazmaq sanki çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm“, – deyə o bildirib.

Ağ Ev rəhbəri “Facebook”, “Twitter” və “Instagram”dakı hesablarını nəhəng platforma adlandırıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir