İraqın baş naziri Heydər əl İbadi bu gün Türkiyəyə rəsmi səfərə gəlib.
Boyukmillet.com mia.az-a istinadən xəbər verir ki, Türkiiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İbadini qəbul edib.
Görüşdən sızan ilkin məlumata görə, tərəflər əsasən 3 məsələni müzakirə ediblər: “Kürd Muxtar Vilayətinə sanksiyalar, Kərkük və PKK ilə mübarizə görüşdə əsas mövzu olub. Bundan başqa, Mosuldaki son durum və ikitərəfli siyasi, iqtisadi əlaqələrin daha da gücləndirilməsi qərara alınıb”.
Məlumata görə, İbadi bu gün Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşəcək.
Boyukmillet.com