Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq

“Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.

“Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun”, – deyə E.Rüstəmov qeyd edib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …