Drone Cameras

Şoyqu: “Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər”

“Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır”

Boyukmillet.com-ın İnterpress.az-a istinadla məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib. 

Rusiyalı nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: “Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq anti-Rusiya xarakteri daşıyır”.

S. Şoyqu Baltikyanı ölkələr və Polşada NATO-nun şəxsi heyəti 5 min nəfərə yaxın dörd çoxmillətli batalyonunun yerləşdiyini xatırladıb: “Bundan başqa Polşa və Almaniyada tank briqadası və ABŞ qoşunlarının hərbi aviasiyası briqadası dislokasiya olunub. ABŞ hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi də davam edir”. 

S. Şoyqu Rusiya Müdafiə Nazirliyinin Qərb hərbi dairəsinin bölmələrinin döyüş potensialını yüksəldərək yaranan təhlükələri neytrallaşdırdığını da söyləyib.

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir