Bazar , 3 Noyabr 2024
Drone Cameras

Keçmiş Müdafiə naziri Səfər Əbiyev görün nə işlə məşğul olur

Keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxandan sonra sanki  “qeyb” oldu. Onun Çexiya vətəndaşlığını qəbul etməsi, Almaniyada biznesinin olması barədə mediada zaman-zaman xəbərlər  yayılıb.

NUH.az-a daxil olan məlumata görə, bu günlərdə Səfər Əbiyev  Qubanın ən  gözəl istirahət ocaqlarından  biri olan “Məsti Dərgah”da olub.

Məlumat üçün qeyd edək ki, məşhur  istirahət  yeri olan, bahalı otelləri ilə məşhur olan  “Məsti Dərgah”  Səfər Əbiyevə məxsusdur.  

Məlumatlı mənbə  NUH.az-a bildirib ki, Səfər Əbiyev  “Məsti Dərgah”ı  məşhur məmurlardan birinə satmaq üçün  oteldə görüşüb.

Mənbə onu da bildirdi ki, bu  istirahət  zonasının istifadəyə verilməsindən sonra Quba camaatı suya həsrət qalıb. Çünki süni şəlalələr yaratmaq üçün Qubaya gələn suyun qarşısı alınıb.

Boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir