Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə vətəndaşlarının Gürcüstana daxil olması asanlaşdırılır

Gürcüstan hökuməti Türkiyə vətəndaşlarının ölkəyə daxilolma rejimini sadələşdirir.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, Türkiyədən Gürcüstana səfər edəcək şəxslər “PCR” testinin mənfi nəticəsini təqdim edərək ölkəyə daxil ola biləcəklər və üç gündən sonra təkrar test verməli olacaqlar.

Nazir həmçinin qeyd edib ki, digər ölkələrdən də Gürcüstana giriş rejiminin asanlaşdırılması məsələsi nəzərdən keçirilir və siyahı hazırlanır.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …