Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Bir sıra müəssisələrin qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alınıb

Oktyabrın 6-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AZRUSTANRANS” QSC-nin hər birinin nominal dəyəri 1 manat olan 150000 ədəd adi sənədsiz səhmlərinin ilkin buraxılışı AZ1001019939 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub. Palata tərəfindən, həmçinin oktyabrın 6-da “MKT İSTEHSALAT KOMMERSİYA” MMC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 20000 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2001019929 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, istiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi 6 faiz kimi müəyyən edilib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir