Bazar , 3 Dekabr 2023

Sabirabaddakı qəzada 9 nəfər yaralanıb, 1 nəfər ölüb

Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində – Hacıqabul-Bəhrəmtəpə magistralında yük avtomobilinin avtobusla toqquşması nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.

Bunu Trend-ə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Qalib Rəhbəri deyib.

Onun sözlərinə görə, yaralıların biri kəllə-beyin travması, qalanları isə əzik, sınıq xəsarətləri alıblar. Onların hamısının vəziyyəti orta-ağır qiymətləndirilir. Dünyasını dəyişən uşaq isə xəstəxanaya gətirilməyib.

Q.Rəhbəri yaralıların Səhiyyə Nazirliyinin, eləcə də Sabirabad rayon icra başçısı Nazim İsmayılovun nəzarəti altında olduğunu bildirib. O qeyd edib ki, N.İsmayılov bu gün xəstələrə baş çəkib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir