Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ziya Məmmədov yol tikintisindən neçə milyard pul oğurlayıb? – ŞOK RƏQƏMLƏR

“Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərclənib”.

Bu fikirləri Konkret.az-a açıqlamasında iqtisadçı lim Qubad İbadoğlu səsləndirib. İqtisadçı bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolu 2008-ci ildə istifadəyə verilib. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalar hesabına 1 milyard manata qədər vəsait xərclənib: “Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsinə 360,6 milyon manat (460 milyon dollar), metronun Gənclik stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

Qubad İbadoğlu bildirib ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …