Şənbə , 7 Mart 2026
Drone Cameras

Vüqar Səfərli YAP-dan qovuldu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Boyukmillet.com  Unikal.org-a istinadən xəbər verir ki, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, V.Səfərli və Portos MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …