Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

ÜST COVID-19 keçirənlərin də peyvənd olunmasını tövsiyə etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxslərin peyvənd olunmasını tövsiyə edib.

Bu barədə ÜST-ün baş elmi əməkdaşı Sumya Svaminathan bildirib.

“Daha əvvəl koronavirusa yoluxmaqdan asılı olmayaraq peyvənd olunmağı məsləhət görürdük. COVID-19 xəstələrinin əksəriyyətində immunitetin yarandığını bilirik. Lakin bəzi xəstələrdə immunitet reaksiyası güclü deyil. Söhbət xüsusilə xəstəliyi yüngül keçirmiş və bundan heç məlumatı olmayanlardan gedir, çünki xəstəlik bəzən simptomsuz keçir. Buna görə ÜST peyvəndlənməni tövsiyə edir. Müsbət məqam odur ki, immunitet sistemi oxşar antigeni və zülalı tanıyır. Bu səbəbdən əvvəllər yoluxmuş olsanız da peyvəndlənmə immunitet gücləndiricisi rolunu oynayır”, – deyə ÜST rəsmisi qeyd edib.

Uşaqlar üzərində araşdırmaların başladığını bildirən S. Svaminathan vurğulayıb ki, yaxın bir neçə ayda bu barədə daha çox məlumat əldə ediləcək.

S. Svaminathan onu da deyib ki, koronavirusdan sağaldıqdan sonra formalaşan immunitetin hansı müddətə davam etməsi ilə bağlı elm adamları hələ də araşdırmalarına davam edir. 

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …