Bazar , 15 Noyabr 2026
Drone Cameras

Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi

Məlum olduğu kimi fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayı keçirilib.

Qurultayda növbəti dəfə partiyanın sədri seçilən millət vəkili Sabir Rüstəmxanlı yeni sədr aparatını formalaşdırıb. VHP sədrinin sərəncamı ilə Fəzail İbrahimli VHP sədrinin birinci (İdeoloji məsələlər üzrə) müavini, Samir Əsədli VHP Mərkəzi İcra Aparatının rəhbəri , VHP sədrinin Təşkilati məsələlər üzrə müavini, Elxan Mirzəyev VHP sədrinin Xarici əlaqələr üzrə müavini, Arif İsmayılbəyli VHP sədrinin Siyasi məsələlər üzrə müavini, Yusif  Salmansoy VHP sədrinin İctimai Təşkilatlar və Bələdiyyələrlə iş üzrə müavini və Nəsimi Şərəfxanlı VHP sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini təyin edilib.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …