Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

“İnsanları sevməyi anamdan öyrəndim”- Əbülfəz Elçibəy

Azərbaycanın eks-prezidentlərindən olan mərhum Əbülfəz Elçibəy 12 dekabr 1989-cu ildə Türkiyənin “Türkiye” qəzetinə verdiyi müsahibəsində bir sıra maraqlı məqamlara toxunub: 
Moderator.az Əbülfəz Elçibəyin həyat və fəaliyyətindən bəhs edən “Bu, mənim taleyimdir”, “Deyirdim ki, bu quruluş dağılacaq” kitablarından, eləcə də o dövrün mətbuat orqanlarından faydalanaraq, Elçibəy haqqında növbəti yazısını təqdim edir. 

Təkrar olsa da deyək ki, bu yazının, daha doğrusu, müsahibənin sas mənbəsi “Türkiye” qəzetidir. Elçibəy orada siyasətdən tutmuş, valideynlərinə qədər bir çox maraqlı məqamlara toxunub. Həmin müsahibədən əvvəlcə qeyri-rəsmi bir hissəni – Elçibəyin valideynləri və uşaqlığı haqqında dedikləri məqamları təqdim edək:

-“Mən insanları sevməyi anamdan öyrəndim. Oxuma-yazma bilməzdi anam. Atam da ki, çoban idi. Ona görə də onlar insanları sevirdilər. 
– Bir ozan bir akademiya deməkdir. Çünki o dastanı ilə bütün dünyanı gəzirdi. Mənim anam da yüzlərlə dastan bilirdi… 
– Mən Azərbaycan dilini yaxşı bilirdim, rus dilindən isə “3” alırdım. Azərbaycan dili müəllimim rus dili müəlliminə “buna “yaxşı” yazmalısan, “əla” yazmalısan”, deyirdi. O, da “rus dilini bilmir, ona necə “əla” yazım” cavab verəndə, ana dili müəllimim deyirdi: “Azərbaycan dilini “əla” bildiyi üçün”.
– “Çənlibel” birliyi təşkil etdik. Bu birlik Azərbaycan tarixi və ədəbiyyatı ilə məşğul olmalı idi. Elə bu vaxt siyasət meydanında Qarabağ məsələsi partladı. Hamımız tarixi, ədəbiyyatı bir kənara qoyub, siyasətdən danışmağa başladıq”. 

Daha sonra isə Elçibəyin siyasətin mahiyyəti ilə bağlı verdiyi maraqlı cavabı da diqqətə çatdıraq:
Sual:- Siyasət də hünər istər. O da bir cür sənətkarlıq deyilmi? Məncə bir siyasətçi hər şeyi dərindən tədqiq etməlidir…

Əbülfəz Elçibəyin cavabı: – Belə düşünmürəm, xanım əfəndi! Siyasətçilər sənətkara bənzəməzlər. Amma bəzən onlar da bir milləti yüksəldərlər. Siyasət adamı qarşısına bir cəmiyyəti və onu idarə edə biləcək bir düstur qoyar. Bəziləri həyatın içindən çıxarar o düsturu. Mən isə siyasətçi deyiləm, mən həyatdam anlaram. Bu insanlara nə lazımdır, bu millət nə istəyir, mən buna görə çalışıram. Dostlarım da mənim kimi. İndi oynayan siyasətçilərdən deyilik. Atatürk İsmət İnönünü Avropaya göndərir. O da atadan soruşur: “ Mən orada kimlərlə danışacağam? Diplomat məktəblərini qurtarmış adamlarlamı? Mənim onlarla danışmağa gücüm çatarmı?” 
Atatürk cavabında ona deyir: “Yadında saxla, sənin arxanda yüz minlərlə türk çocuğu var. Sən gücünü onlardan almalısan!” 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir