Pandemiyanın ilk günlərindən özümü gözləməyimə baxmayaq, kiçik bir ehtiyatsızlıqdan koronavirusa yaxalandım. Səbəbi isə COVİD-19 olan qohumumun “soyuqlamışam” nağılına inanaraq, onunla nərd oynamağım oldu. Nərdə mən ona qalib gəldim, xəstəlikdə isə koraonavirus. Yəni, birinci raundu uddu…
Elə birinci qayda da budur. Hər bir kəsə real və potensial xəstəlik daşıyıcı kimi yanaşın. Maska taxmayanlardan, xüsusilə də bununla az qala “fəxr edən” “adamçığazlar”dan uzaq durun.
2. Unutmayın ki, virus hava-damçı yoluyla keçir. Yoluxmuş səthə əl vurduqdan sonra gözə, ağza və ya buruna toxunmaqla da yayılır. Spirtli məhlul, əllərin sabunla yuyulması, minumum sosial məsafə qaydalarına tam əməl edin. Profilaktika müalicədən daha rahat, təhlükəsiz və ucuz başa gəlir.
3. İlk fəqli əlamətləri diqqətli analiz edin. Yoluxmuş üç insandan birində dad və iybilmədə problemi olmur. Amma hansısa xəbərdaredici əlamət müləq vardır: məsələn, məndə burun quruluğu oldu 2 gün. Ümumi yorğunluq, quru zəif öskürək, ishal, əvvəlcə rahat enən və getdikcə artan tempratur və s. əlamətlərə fikir verin.
4. Psixoloji tarazlığınızı qoruyun, vahiməyə düşməyin. Amma COVİD-19 düşməni zəif qiymətləndirmək də olmaz.
5. “Təcili yardım”a vaxtında müraciət edin. Hətta istiliyin az olduğunu bildirb gəlmək istəməslərdə unutmayın ki, viris ilk 3-4 gün ərzində boğaz və burunda olur. Və yaxmalarda həmin vaxt görsənir.
6. Əgər evdə müalicə olunursunuzsa, həkimin göstərişlərinə ciddi əməl edin. Ən çox ağciyərin vəziyyətini və qanın laxtalanmasını nəzarətdə saxlayın. Qandurulducu vasitələrdən ən azı gündə bir dəfə istifadə edin. Ağciyəri gücləndirmək üçün şar üfürmək və digər fiziki təmrinlərdən istifadə edin.
7. Evin havasın tez-tez dəyişin, açıq havada gəzişin. Yuxu rejiminə doğru əməl edin. Siqaret çəkməyin və spirli içki qəbulunun virusa müsbət təsirinə qəti inanmayın.
8. Bol maye için, necə deyərlər, günə “bir vedrə”))
10. Duzdan uzaq durun, ətə, yumurtaya, göyərtiyə, meyvəyə və vitaminli qidalara üstünlük verin. İmmunenti gücləndirməyə çalışın, C, D və digər vitaminləri həkim göstərişinə uyğun dozalarda qəbul edin.
11. Əgər istiliyiniz davamlı şəkildə enmirsə, öskürəyiniz azda olsa varsa, artıq KT eləməyin vaxtıdır. Və yəqin ki, müalicəni xəstəxanada davam etdirməlisiniz.
12.”Bu yazını 10 nəfərə göndərin” – sözlərimi isə zarafat cəhdi kimi qəbul edin). Sadəcə olaraq, unutmayın ki, koronavirius təhlükəsiylə yaşamağa hələ xeyli müddət məhkumuq. İlk dövrlərdə ölüm fazi az idisə, artıq bu rəqəm 3,4-ə çatıb. Çalışın xəstələnməyin və koranavirus statistikasında yoluxanların sayını artırmayın!
Şöhrət Eyvazov