Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mahirə Nağıqızı Pirallahıda qaziylə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor, alim-şair Mahirə Nağıqızı Hüseynova Pirallahıda yaşayan qazimiz Bədirxanov Süleyman Əhməd oğlunu ziyarətə getmiş, onun adına əhd etdiyi qurbanı kəsdirmişdir.


Boyukmillet.com-un məlumatına görə Süleyman Bədirxanov 44 günlük Vətən müharibəsinin ilk günlərindən ön cəhbədə olmuş, düşmənlə vuruşda qəhrəmanlıqlar göstərmişdir. Döyüşlərin ən qızğın vaxtlarında ailəsi və yaxınları Süleymanla əlaqəni itirirlər. 

Ailə böyük narahatlıq keçirir, gecə-gündüz oğlanlarından xəbər tutmağa çalışsalar da bir neçə vaxt ondan heç bir məlumat ala bilmirlər. Süleymangilin ailə yaxını Günel xanım bu hadisəni Mahirə Nağıqızı ilə bölüşür. Mahirə xanım bu hadisədən çox təsirlənir, özü də Süleyman üçün  çox narahat olur. 

 “Müharibədə döyüşən oğullar hamımızın övladıdır”- deyən Mahirə xanım, inşallah, Süleyman sağ-salamat ailəsinə dönsün, gedib evlərində bir qurban kəsdirəcəm, söyləyərək bir dilək tutur. Bir gündən sonra Mahirə Nağıqızının diləyi yerinə yetir, Süleyman evə zəng edir və ailəsinə gözaydınlığı verir; “Şuşanı düşməndən azad etdik”,- söyləyir.
Ailə iki sevinci birdən yaşayır; həm neçə vaxt əlaqə saxlaya bilmədikləri oğullarından telefon zənginin gəlməsinə, həm də Şuşanın düşmən işğalından azad olunmasına.
Beləliklə, qazi Bədirxanov Süleyman Əhməd oğlu ailəsinin yanına qəhrəman kimi qayıdır. O,  “Suqovuşanın azad olunması”na görə, “Vətən uğrunda” və “Vətən iştirakçısı” medalları ilə təltif edilir.
Professor Mahirə Nağıqızı Hüseynova qəhrəman qazimiz və ailəsi ilə görüşündə Şanlı Qələbə münasibətilə onları bir daha təbrik edib, qazimizin qayğıları ilə maraqlanıb.
Qazimiz və onun valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə professor Mahirə Nağıqızı Hüseynovaya öz təşəkkürlərini bildiriblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …