“Ermənilər yaşlı qadını qəbul edib yaşlı kişini xəstə olduğu üçün qəbul etmədilər. Dedilər ki, bu artıq xəstədir və bizim ona baxmağa imkanımız yoxdur. Hətta dedilər ki, onun heç bir qohumu yoxdur. Əgər biz onu qəbul etsək ona kim baxacaq?! Baxın, bu əxlaqsığın dərəcəsi varmı ya yox?!”.
Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Nə qədər səy göstərsək də, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bunun şahididir. Onların iştirakı ilə bunu edirdik. Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə onu xəstəxanaya yerləşdirdik və bütün səylərə baxmayaraq bir müddətdən sonra o kişi rəhmətə getdi. Biz bunu da edirdik, amma onların cavabı nə oldu”, – dövlət başçısı bildirib.