Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ertuğruloğlu : “5+1 Crans Montanada çökən danışıqların qaldığı yerdən davam etməsi olmamalıdır və olmayacaq…”

Şimali Kiprin XİN başçısı Tahsin Ertuğruloğlu BMT-nin 27-29 aprel tarixində İsveçrənin Cenevrə şəhərində gerçəkləşəcək 5+1 formatındaki qeyri-rəsmi toplantısı ilə bağlı Anadolu Agentliyinə danışıb.

Boyukmillet.com-un xəbərinə görə, Ertuğruloğlu 5+1 formatının Türk tərəfinin seçimi olduğunu bildirərək deyib ki, toplantının hədəfi tərəflər arasında müzakirə edilə biləcək ortaq bir zəminin olup-olmadığının təsbit edilməsidir. O deyib ki, bu toplantı 2017-də Crans Montanada çökən danışıqların qaldığı yerdən davam etməsi olmamalıdır və olmayacaq. 52 ildir toplumlar arasında görüşmələrin nəticəsiz qaldığını xatırladan XİN rəhbəri deyib ki, toplantını hədəfindən sapdırmaq istəyənlərə fürsət verilməməlidir.

Ertuğruloğlu 5+1-in keçiriləcəyi toplantı masasında Avropa Birliyi təmsilçisinin olmasını qəbul etməyəcəklərini də qeyd edib. BMT Ali Komissarlığının yetkilisi Jane Holl Lute’un gələn ay Adaya gələcəyi ilə bağlı sualın cavabında nazir bildirib ki, Lute mövzunun nədən ibarət olduğunu yaxşı bilir və Türk tərəfinin mövqeyinə hörmət etdiyini dəfələrlə dilə gətirib. Keçmişin təcrübəsilə bağlı haqlı şübhələrinin olduğunu vurgulayan Ertuğruloğlu xoş niyyətlə qatılacaqları toplantıya qarşı tərəf də eyni cür yanaşacağı təqdirdə nəticə əldə olunacağını ifadə edib.

Xatırladaq ki, BMT Kipr tərəflərini və təminatçı ölkələr olan Türkiyə, Yunanıstan və İngiltərəni 27-29 aprel tarixində Cenevrədə bir araya gətirəcək. BMT Baş katibinin sözçüsü Stephane Dujarric yazılı açıqlamasında Baş katibin 27-29 aprel tarixləri arasında İsveçrənin Cenevrə şəhərində Kipr məsələsilə bağlı qeyri-rəsmi 5+1 toplantı düzənləməyi planladığını ifadə edib. Açıqlamasında o, toplantının məqsədinin yaxın gələcəkdə Kipr məsələsinin davamlı həllinin tapılması olduğunu deyib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …