Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yəməndəki qiyamçılar “Saudi Aramco”nun obyektini raket atəşinə tutub

Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti – “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub.

Boyukmillet.com  “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib.

Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …