Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …