Şənbə , 23 Noyabr 2024
Drone Cameras

364 gün dincələn “aktivistlər”

Qadın hüquqlarını qorumaq yaxşı haldır və mən deyərdim vacibdir.Sadəcə hər bir müdafiənin hədəf qrupu və missiyası olmalıdır.  8 martda Fəvvarələr Meydanına çıxan feministlərin Azərbaycan cəmiyyəti ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Problemləri görə bilər və yaxud səsləndirə də bilələr. Bu mümkündür. Amma inanın ki, məqsədlərinə çatmaq üçün bir vasitə olaraq  bu problemlərdən istifadə edəcəklər.   365 gün qadın hüquqlarını qoruyan, onlar üçün 24 saat çalışan şəxslər qalıb kənarda, 364 gün nə etdikləri bəlli olmayan ( yəni heç bir iş görməyən) şəxslər bu gün özlərini qəhrəman kimi göstərmək istəyirlər. Bu “hüquq müdafiəçiləri” ötən il əslində şüarları ilə cəmiyyətimizə necə yad olduqlarını göstərdilər və mən deyərdim iflasa uğradırlar.  Məncə, cəmiyyətin də bu şəxslərə sorulacaq aşağıdakı məzmunda sualları olmamış deyil: Ötən 364  gündə hansı xanımın hüquqlarının müdafiəçisi oldunuz? Hansı zorakılığa məruz qalan xanım üçün vəkillik etdiyiniz?Hansı yuvasız qalan xanımı sığınacağa yerləşdirdiniz?Problemlərlə bağlı dövlət qarşısında hansı məsələni qaldırdığınız? Ötən 30 ildə neçə-neçə Azərbaycan qadını erməni vandalizminin qurbanı oldu. Neçə Azərbaycan xanımı atasını, qardaşını, həyat yoldaşını və övladını vətən uğrunda fəda etdi. Yüz minlərlə Azərbaycan xanımı evsiz -eşiksiz,  torpaqsız-yurdsuz qaldı.   Bu qadınların müdafiəyə ehtiyacları yoxdur? Hansı beynəlxalq təşkilatda bu qadınların hüquqlarını müdafiə etdiniz? Bu gün Azərbaycanda qadın hüquqlarını qoruyan aktivistlər var.  Mən ilin 364 günü ərzində qadınların hüquqlarını qoruyan, onlara ictimai vəkillik edən şəxsləri qadınların hüquqlarını müdafiə edən aktivistlər hesab edirəm. 

Cəsarət Hüseynzadə“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri,QHT.az saytının rəhbəri 

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …