Cümə axşamı , 2 May 2024
Drone Cameras

“AST Telman” və qardaşının harada gizləndiyi bilindi – Fransa

Məlum olduğu kimi, Moskvanın Basman rayon məhkəməsi “AST” .irkətlər qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o beynəlxalq axtarışa verilib.

İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, – deyə, Marina Rusakova bildirib.

Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.

Qeyd edək ki, Telman İsmayılovun adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun da əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə  köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən “Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib. İndi Vasif İsmayılovun da Fransa da olduğu bildirilir.

Güman edilir ki, qardaşlar Türkiyənin onları Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığınıblar. (musavat.com)

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir