Bazar , 7 Dekabr 2025
Drone Cameras

“Hadruta göndərilən 76 nəfərdən biri də sağ qalmadı” – Erməni əsgər atası

İkinci Qarabağ müharibəsindən 5 aydan çox vaxt keçsə də, Ermənistan darmadağın olmuş ordusundakı böhranın qarşısını ala bilmir. Ölkədə xaotik vəziyyət hökm sürür.

Boyukmillet.com xəbər verir ki, Ermənistanın Qarabağ məğlubiyyətindən sonra mütəmadi olaraq etiraz aksiyaları keçirən erməni əsgərlərin valideynləri hələ də bir çox cəsədlərin tapılmamasına görə hökuməti ittiham edirlər.

Övladı Hadrut döyüşlərində ölən valideynlərdən biri deyib: “Hadruta 76 əsgər göndərildi ki, onların heç biri sağ qalmadı. Uşaqları qəsdən qırğının qarşısına verdilər”.

Onların sözlərinə görə, hökumətin bacarıqsızlığı səbəbindən erməni gənclər döyüş meydanında ölüb, bir çox ailələr övladlarının cəsədini axtarır, aidiyyatı qurumlar isə şikayətləri qulaq ardına vururlar.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …