Bazar , 8 Fevral 2026
Drone Cameras

Ombudsmandan əfv edilənlərə müraciət: “Prezidentin humanist addımından nəticə çıxararaq layiqli vətəndaş olsunlar”

“Prezidentin imzaladığı əfv sərəncamı 625 məhkuma şamil edilir”.

Boyukmillet.com xəbər ki, bu sözləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

“Bu, bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk”.

O qeyd edib ki, müvəkkil tərəfindən 72 nəfər barəsində müraciət olunmuşdu:

“Cənab Prezidentin sərəncamı ilə həmin şəxslər azadlığa buraxılıb. Mən bu münasibətlə bütün məhkumları təbrik edirəm. Onları dəvət edirəm ki, cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olsunlar”.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …