Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Güclü külək Bakı və ətraf yaşayış massivlərində qaz təsərrüfatına ziyan vurub

Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.

Məlumatda deyilir ki, hazırda “Azəriqaz” əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür: “Güclü küləklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır”.

Check Also

Türkiyə Rusiyadan boru qazı idxalını artırıb, maye qaz alışını isə dayandırıb

Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü …