Bazar , 15 Noyabr 2026
Drone Cameras

COVID-19-a yoluxan Arif İsmayılbəyli komaya düşüb

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Arif İsmayılbəylinin həyat yoldaşı Mərziyyə xanım COVID-19-dan dünyasını dəyişib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O qeyd edib ki, sədr müavini A.İsmayılbəyli də koronavirus infeksiyasına yoluxub və hazırda komadadır: “Hazırda Arif bəy özü virusla mübarizə aparır. Allahdan Arif bəyə şəfa diləyir, tezliklə bu virusa qalib gəlib, aramıza dönməsini arzu edirik”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …