Şənbə , 3 May 2025
Drone Cameras

Koronavirusun Britaniya ştammı ABŞ-da geniş yayılır

ABŞ-da aparılan tədqiqatlara görə, hazırda koronavirusun Britaniya ştammı ölkədə daha geniş yayılıb.

Boyukmillet.com “CNN”-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski Ağ Evdəki brifinqdə bildirib.

O deyib ki, son məlumata görə B.1.1.7 varianta hazırda 16 275 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok ölkədə koronavirusun daha tez yoluxan mutasiya olunmuş yeni variantın aşkarlandığını açıqlamışdı.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …