Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik olacaq

“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Report”a qurumdan bildirilib.

“Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansı əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq”, – deyə səhmdar cəmiyyətindən qeyd olunub.

Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …