Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib.
Boyukmillet.com xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir.
Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub:
“Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”.