Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ generalı Ukraynanı indiki məqamda Rusiya ilə müharibədən çəkinməyə çağırdı

NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, ABŞ Hərbi-hava qüvvələrinin generalı Filip Bridlav Ukraynanı Rusiya ilə savaşdan çəkinməyə çağırıb.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Faktı” qəzeti məlumat yayıb. “Əgər Moskva bu müharibədə Silahlı qüvvələrinin bütün imkan sahələrini işə salsa, Ukrayna olduqca ağır vəziyyətə düşəcək”,-deyə o qeyd edib.

Filip Bridlav Rusiya ordusunun gücünü kiçiltməməyi də məsləhət görüb. “Bu, qətiyyən yolverilməz olub, həm də böyük axmaqlıqdır. Bunu peşəkar hərbçi kimi deyirəm”,-deyə o söyləyib.

Onun sözlərinə görə, münaqişənin baş verməsi halında Ukraynaya ciddi kömək lazım olacaq. Lakin o, konkret olaraq belə bir dəstəyi verə biləcək ölkənin adını çəkməyib. “Bu ABŞ-mı, yoxsa NATO-mu olur, deyə bilmərəm”,-deyə bildirib.

Amerikalı general bununla belə Ukraynanın ABŞ və Rusiya arasında “savaş meydanı”na çevriləcəyi fikri ilə də razılaşmağını ifadə edib

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …