“Böyük hərbi təlimlər, raket sınaqları, səfərbərlik ancaq süni güc göstəricisindən başqa bir şey deyil”Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb. Qərara əsasən, hökumət və regional rəhbərlik ehtiyatda olan şəxslərin çağırılması və hərbi təlimlərə cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Putinin bu addımını “Şərq”ə şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Rusiyanın illərdir cavabsız imperialist siyasəti dalana dirənməkdədir. S.Əsədli qeyd edib ki, Avropa və ABŞ, eyni zamanda dünyanın sülhpərvər ictimaiyyəti şimal nəhənginin siyasətinin dünyada barışa ciddi təhlükə olduğunun fərqindədir:“Ukrayna, Moldova, Gürcüstan ərazilərində aparılan işğalçılıq artıq dözülməz həddə çatıb. Dünya bu siyasətə qarşı təpkilər verməkdə, addımlar atmaqdadır. Bu isə özünü məğlubedilməz, etdiyi hərəkətlərin sorğulanmamasına vərdiş etmiş Kremli əsəbiləşdirir”.Politoloq bildirib ki, Rusiyanın bundan sonra hardasa hərbi əməliyyatlar keçirməsi inandırıcı deyil: “Böyük hərbi təlimlər, raket sınaqları və qeyd etdiyiniz səfərbərlik ancaq süni güc göstəricisindən başqa bir şey deyil. Rusiyanın monolitliyinin belə təhlükə altında olduğu bir dönəmdə belə addımlar atması gülünc görünür. Ola bilsin ki, Putin bu kimi addımlarla ətrafdakı kiçik dövlətləri, xüsusilə keçmiş sovet respublikalarını xof altında saxlamaq niyyəti güdür. Amma həm geopolitik durum, həm dünyanın Rusiyaya qarşı münasibəti onu göstərir ki, bunlar uğursuz cəhdlərdir”.
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …