Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

BMT Azərbaycan və Ermənistana minalarla bağlı çağırış edib

“Mən Əfqanıstanda müharibənin dəhşətini və fəlakətini görmüşəm. Minaların törətdiyi bəlalar və dağıdıcı təsiri ilə şəxsən tanışam”.

Boyukmillet.com-un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O, Azərbaycan hökumətinin ərazilərin minalardan təmizlənməsi istiqamətindəki fəaliyyətini alqışladığını bildirib: “Biz Azərbaycan və Ermənistanı minaların və hərbi sursatların toplanılması, saxlanılması və ötürülməsinin qarşısının alınmasına dair Konvensiyaya qoşulmağa dəvət edirik”.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …