Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Qırğızıstan Prezidenti mayın 1-2-ni milli matəm günü elan edib

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 29-30-da Batken vilayətində- Tacikistanla sərhəddə baş verən qarşıdurmada çoxsaylı insan tələfatı ilə əlaqədar mayın 1-2-ni ölkədə milli matəm günü elan edib.

Boyukmillet.com Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, dövlət başçısı Sadır Japarov bununla bağlı Fərman imzalayıb.

Fərmanda deyilir ki, mayın 1-2-də Qırğızıstanın bütün nazirlik, idarə və təşkilatlarında, xaricdəki səfirlik və konsulluqlarda dövlət bayraqları endirilir.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədinin Batken vilayətində baş verən qarşıdurmada 31 mülki şəxs və hərbçi ölüb, 154 nəfər yaralanıb, əhalinin əmlakına və hökumət idarələrinə ciddi zərər dəyib.

Check Also

İsrail ABŞ-ni İranla bağlı planı barədə xəbərdar edib

İsrail ABŞ-yə müstəqil şəkildə İrana zərbə endirə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “İnterfaks” …