Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Bu ölkədə məmurlar işə taksi ilə gedəcəklər

Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) öz əməkdaşlarını xidməti avtomobillərdən azad edib və onların taksi xidmətindən istifadə etmələrinə qərar verib. 

Boyukmillet.com Report-a istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin “Gazeta.ru” saytına müsahibəsində bildirib.

“Nazirliyin xərclərinin əsas elementlərindən biri xidməti avtomobillərə çəkilən xərclərdir. Artıq əməkdaşların və hətta departament direktorlarının xidməti avtomobillərdən imtina edərək taksi xidmətindən istifadə etmələri üçün layihə həyata keçirmişik”, – deyə nazir əlavə edib.

Nazirin fikrincə, bu qərar nəticəsində hər avtomobildə 4 qat qənaət əldə edilib. Belə ki, departament direktorlarının sürücü ilə birgə avtomobilinin illik xərci 2,4 mln. rubl (40 000 dollar) təşkil edir. Eyni sinifdən olan avtomobillə taksi xidmətindən istifadə isə illik 500-600 min rubla (8 300-10 000 dollar) başa gəlir.

“Məcmu qənaət on milyonlarla rubl təşkil edə bilər”, – deyə M.Oreşkin bildirib.

Xatırladaq ki, M.Oreşkin nazirlikdə ixtisarların aparıldığını qeyd edib.

Boyukmillet.com

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir