Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb – RƏSMİ AÇIQLAMA

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

“Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib”.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

Check Also

İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub

İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident …