Bazar , 11 Yanvar 2026
Drone Cameras

Pakistanda terror aktı nəticəsində 2 hərbçi həlak olub, 2-si yaralanıb

Pakistanın Heybər Pahtumva əyalətində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 2 hərbçi həlak olub, 2-si yaralanıb.

Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, avtomobildə 4 hərbçi olub.

Hadisə əyalətin Bajaur rayonunda törədilib. Hərbçilərin olduğu nəqliyyat vasitəsi ərazidən keçərkən bomba partladılıb.

Məlumata görə, Pakistanda genişmiqyaslı antiterror əməliyyatı aparılır. Ölkənin Silahlı Qüvvələri və başqa güc strukturları “Taliban” qruplaşmasına qarşı əməliyyat keçirir. 2014-cü ildən indiyədək keçirilən antiterror əməliyyatları nəticəsində mindən çox terrorçu məhv edilib, 700-dən çox hərbçi şəhid olub.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …