Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
1969-cu il təvəllüdlü İsmayılov İsa Məmməd oğlu tanıdığı şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı onun bədənində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. Yaralı əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır. (report)