Cari ilin I rübünün nəticəsinə görə Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider ölkə Azərbaycan olub.
Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, “Russkiy standart” bankının araşdırmasına əsasən Azərbaycana bir köçürmənin orta qəbzi 11,56 min rubl təşkil edib.
Bir il əvvəl birinci yer orta qəbzlə Qazaxıstan tutub. Həmin vaxt bu göstərici 14,13 min rubl təşkil edib.
Siyahıda ikinci yerdə Belarus Respublikası qərarlaşıb. Bu ölkəyə beynəlxalq pul köçürmələrin qəbzinin orta məbləği 10,077 rubl təşkil edib. Belarus ötən il də siyahıda 2-ci olub.
Rusiyadan beynəlxalq pul köçürmələri üzrə siyahıda üçüncü yeri Qazaxıstan yer tutub. İlk beşliyi İspaniya və Moldova bağlayır.