Şimali Kipr Türk CümhuriyyətininPrezidenti Ersin Tatar 9 May – Avropa günü münasibətilə bir açıqlama verib.
Boyukmillet.com xəbər verir ki, Ersin Tatar açıqlamasında Avropa Birliyini (AB) Kipr Türk xalqının suverenlik tələbini nəzərə almağa və Annan Planı referendumu zamanı Kipr Türk xalqına verdiyi vədləri yerinə yetirməyə çağırıb.
Prezident Tatar açıqlamasına bu ifadələrlə davam edib:
“Hər il 9 May – Avropa günü’olaraq qeyd edilsə də, Avropa Birliyinin Kipr məsələsində öz təməl prinsiplərindən uzaqlaşdığını və onlara qarşı hərəkət etdiyini görəndə təəssüflənirik. AB-nin Kiprə qarşı qərəzli mövqeyi narahatlıq doğurur və həll yolundakı cəhdlərə zərər verir.
Təktərəfli və haqsız bir AB üzvü olan Cənubi Kipr, bu üzvlüyü təhdid və şantaj elementi olaraq istifadə edir və AB-dən aldığı güclə barışmaz münasibətini davam etdirir. Bu qəbuledilməz olub, AB-dən gözləntimiz və təmənnamız təməl prinsiplər arasında önəmli bir yer tutan xalqların suverenlik haqqına sayğı prinsipinə uyğun olaraq, Kiprdə ayrı bir xalq olan Kipr Türk xalqının suvernelik tələbini diqqətə alması və buna uyğun şəkildə hərəkət etməsidir.
Digər bir istək isə AB-nin 24 aprel 2004-cü ildə keçirilmiş Annan Plan referendumunda Kipr Türk xalqına verdiyi vədləri yerinə yetirməsidir. AB referendum prosesi əsnasında, “Kiprli Türklər “Bəli” desələr, təcrid və embarqolar götürüləcək və Kiprli Türklər açıq və soyuq vəziyyətdə qalmayacaq” vədini verərkən, “Kiprli Türklər desələr Bəli, Kipr məsələsi AB ilə danışıqlarında bir daha Türkiyənin önünə qoyulmayacaq”, dedi.
Ancaq 17 il keçsə də, bu vədlərdən biri belə yerinə yetirilmir, Kipr Türk xalqı kiprli yunanların azlığı olmaq məcburiyyətində qalır. İnsan haqlarına zidd olan təcrid və embarqolar hələ də davam edir və Kipr məsələsi AB ilə danışıqlarında əngəl olaraq Türkiyənin qarşısında qoyulur. Bütün bunlar AB-nin etibarlılığını şübhə altına aldı və böyük bir xəyal qırıqlığı yaratdı.
Bu gün, 9 May – Avropa günündə Kipr Türk xalqı adından çağırışım budur ki, AB Kiprlə bağlı birtərəfli mövqeyinə son qoysun, suverenlik tələblərimizi nəzərə alsın və Annan planı referendumunda verdiyi vədləri yerinə yetirsin”.